İyunun 12-də Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova və partiyanın fəal gənc üzvü Mahir Qurbanov çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev öz üzərinə böyük xilaskarlıq missiyasını götürərək Azərbaycan dövlətçiliyinin gələcək inkişafının təməlini qoyub. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Həmçinin qeyd olunub ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün ölkəmizin regionun lider dövlətinə çevrilməsinin əsası Ümummilli Lider Heydər Əliyevin yaratdığı siyasətin təzahürüdür və qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim olunub, yubiley yaşında olan partiyanın Kəngərli rayon təşkilatının ərazi partiya təşkilat sədrləri və veteranları təltif edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg