I Qarabağ müharibəsi Şəhidləri əsgər Muxtər Həsən oğlu Həsənovun və Kamran Cəbi oğlu Məmmədovun anım günləri münasibətilə əziz xatirələri yad edilib.

Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, məzarları ziyarət edilmişdir. Ziyarət mərasimində Kəngərli Rayon İcra Hakimiyyətinin, Qıvraq qəsəbə və Yurdçu kənd İcra Nümayəndəliyin əməkdaşları, Bələdiyyə sədri, şəhid yaxınları və Dini icmanın üzvü iştirak etmişdir. Mərasimdə şəhidlərin xatirəsi sonsuz ehtiramla yad edildi, məzarları önünə tər qərənfillər düzülərək ruhlarına dualar oxundu.
Şəhid yaxınlarına başsağlığı verilərək bildirildi ki, Şəhidlərimiz Vətən uğrunda canlarından keçərək müstəqilliyimiz və ərazi bütövlüyümüz naminə əvəzsiz xidmətlər göstəriblər. Şəhid ailələrinə səbr və dözüm diləyərək, onların hər zaman dövlətin diqqətində olacaqları vurğulandı.
Həmçinin Şəhid Kamran Məmmədovun anası Mələk Məmmədova ziyarət olunaraq, şəhid ailəsinə başsağlığı verildi. Görüşdə qeyd olundu ki, Şəhidlərimizin xatirəsi bizim üçün hər zaman müqəddəs və əzizdir. Onlar Vətən uğrunda canlarından keçərək bizə azadlıq və müstəqillik bəxş etdilər. Bu fədakarlıq heç vaxt unudulmayacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
jpg
jpg