"İnsan Hüquqları Aylığı" çərçivəsində “15 İyun - Milli Qurtuluş Günü“ ilə əlaqədar tədbir keçirilib.

12 iyun 2025-ci il tarixində Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində “15 İyun - Milli Qurtuluş Günü“ ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər Səfərov mövzu ilə bağlı çıxış edərək qeyd etmişdir ki, “15 iyun Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik tarixi bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan Ulu Öndər Heydər Əliyev olmuşdur.
Ulu Öndərin xalqımıza bəxş etdiyi əbədi müstəqillik cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və Birinci vitse-prezidentimiz Mehriban Əliyeva tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində əldə edilən nailiyyətlər ilə daha da möhkəmləndirilib, ölkəmiz tarixinin ən qüdrətli dövlətinə çevrilib və hərtərəfli inkişaf üstündə qurulmuş ölkə kimi tarixi yolunu inamla davam etdirir.
jpg