Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günü ilə bağlı tədbir keçirilib

24 aprel 2025-ci il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin və Uşaq Səfirlər Məclisinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günü ilə bağlı tədbir keçirilmişdir.
Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Əsgərov, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbin direktor əvəzi Tural Nuriyev, Uşaq Səfirlər Məclisinin Kəngərli rayon üzrə nümayəndələri Əli Şəfizadə, Sevgi Əliyeva və Uşaq Səfirlər Məclisinin fəal gənci Sevgi Qurbanovanın çıxışları dinlənilib.
Çıxışlar zamanı qeyd olunub ki, Zərifə Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Zərifə Əliyevanın ümumilikdə 200-ə qədər elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təkliflərin müəllifi olduğu, yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük töhfələr verdiyi, oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın olduğu bir daha diqqətə çatdırılmışdır.
Sonda "Zərifə xanım xatirələrdə" adlı sənədli film nümayiş olunub.
jpg
jpg
jpg
jpg
jpg