Tədbir çərçivəsində Azərbaycan Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilmiş yeni əmsalların tətbiqi, yaz əkinlərinin EKTİS sistemində bəyan edilməsi, vətəndaş mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması, torpaq analizlərinin aparılması və nəticələrin tətbiqi, kənd təsərrüfatı texnika və texnoloji avadanlıqlarının lizinq mexanizmi, erkən yaz dövründə əkin sahələrində aqrotexniki qulluq işləri, eləcə də kənd təsərrüfatında aqrar sığorta mexanizminin tətbiqi mövzuları üzrə ətraflı məlumat təqdim olunub.