10 mart 2026-cı il tarixdə Kəngərli rayonunun Böyükdüz kənd tam orta məktəbində “Erkən nikahlar, hüquqi aspektlər və praktiki problemlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının sədri, məsul katib Səfər Səfərov və Böyükdüz kənd tam orta məktəbinin direktoru Qılman Əhmədov çıxış ediblər.
Çıxış edənlər erkən nikahların cəmiyyət üçün yaratdığı sosial və hüquqi problemlərdən bəhs edərək bu halların qarşısının alınmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, erkən nikahlar yeniyetmələrin təhsil hüququnun məhdudlaşmasına, sağlamlıq problemlərinə və sosial çətinliklərə səbəb ola bilər.
Tədbir zamanı iştirakçılara Azərbaycan Respublikasının qanunvericiliyində nikah yaşı ilə bağlı tələblər, erkən nikahların hüquqi məsuliyyəti və bu sahədə aparılan maarifləndirmə tədbirləri barədə məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.