27 Sentyabr – “Anım Günü” ilə əlaqədar Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları və tabeli qurumların nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində 0,25 hektar ərazidə 60 ədəd iydə və 60 ədəd tut tingi olmaqla, ümumilikdə 120 ədəd ağac tingi əkilib.
Keçirilən aksiya şəhidlərin əziz xatirəsinin yad edilməsi, ətraf mühitin mühafizəsi və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədinə xidmət edib.