"Azərbaycanın şanlı qələbəsi" adlı tədbir keçirilib

Noyabrın 3-də "Konstitusiya və Suverenlik İli" çərçivəsində "8 Noyabr - Zəfər Günü" ilə əlaqədar "Azərbaycanın şanlı qələbəsi" mövzusunda tədbir keçirilib.
Kəngərli Rayon Təhsil Şöbəsində baş tutan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Onur Qənbərov Zəfər Gününün tarixi əhəmiyyətindən, ordumuzun qəhrəmanlığından və Vətən müharibəsində qazanılan böyük Qələbədən bəhs edib.
Daha sonra Kəngərli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Havva Əsədova və Böyükdüz kənd tam orta məktəbin müəllimi Vaqif Babayevin çıxışları dinlənilmişdir.
Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-dən başlayan və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini və mübarizliyini nümayiş etdirdi.
Sonda "Zəfər yolu - Əbədi qürur yolumuz" adlı videoçarx nümayiş olunub.
jpg
jpg
jpg
jpg