Oktyabrın 31-də Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Çalxanqala kənd tam orta məktəbində “8 Noyabr – Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə dəyirmi masa keçirilmişdir.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti aparatının Hüquq şöbəsinin müdiri Rəşad Həsənzadə, Xıncab kənd tam orta məktəbin tarix müəllimi Zaur Süleymanov və Çalxanqala kənd Mədəniyyət evinin əməkdaşı Xaliq Qəhrəmanov çıxış ediblər.
Çıxışlarda Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən qəhrəman oğullarımızın şücaətindən bəhs olunub.
Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə başa çatıb. Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin yüksək ruhu sayəsində böyük Zəfərə imza atıb.
Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və Ordumuzun rəşadəti sayəsində əldə olunan bu Qələbə xalqımızın birliyi, gənclərimizin Vətən sevgisi və xalq–ordu birliyinin təntənəsidir.
Tədbir iştirakçıları xalqımızın birliyinin, dövlətimizin gücünün və şəhidlərimizin əziz xatirəsinə olan ehtiramın daim uca tutulacağını vurğulayıblar.