“28 May – Müstəqillik Günü” münasibətilə tədbir keçirilib

27 may 2025-ci il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Bayraq Meydanında “28 May – Müstəqillik Günü” münasibətilə tədbir keçirilmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədri Sevda Quluyeva çıxışı zamanı qeyd edib ki, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaradıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Nihal Vəliyev vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Tədbirin davamında Kəngərli Rayon Uşaq Musiqi və tam orta məktəblərinin şagirdləri, Körpələr evi uşaq bağçasının balaca fidanları şeir, mahnı və rəqs nümunələri ilə çıxış ediblər.
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg