27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Kəngərli rayon Qıvraq qəsəbəsində tədbir keçirilib.

Sentyabrın 25-də Rayon Mədəniyyət Sarayında 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilmişdir.
Əvvəlcə şəhidlərin xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qeyd edib ki, 27 sentyabr təkcə xalqımız üçün anım günü deyil, həm də qəhrəmanlıq tariximizin parlaq səhifəsidir. Məhz həmin gün Azərbaycan dövləti öz qüdrətini, xalqımız isə qəhrəmanlığını və mübarizə əzmini dünyaya nümayiş etdirdi. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılan bu möhtəşəm tarixi səhifələr dövlətçilik tariximizin qəhrəmanlıq salnaməsidir.
İcra başçısı vurğulayıb ki, Vətən müharibəsində Qələbənin əldə edilməsində ölkəmizin bütün bölgələri kimi, Naxçıvan Muxtar Respublikasının, o cümlədən Kəngərli rayonunun gəncləri də öz töhfəsini veriblər, Vətənin bütövlüyü uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar. Bu gün biz bütün şəhidlərimizin xatirəsini əziz tutur, onları dərin hörmət və ehtiramla yad edirik.
Şəhid atası Habil Cəfərov çıxışı zamanı torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını bildirib.
Sonra Kəngərli Rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşları, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Nəsimi Məmmədxanlı və məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş şeirlər bədii qiraət edilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tədbirin sonunda “Qisas Qiyamətə Qalmadı” adlı sənədli film nümayiş etdirilib.
jpg
jpg
jpg
jpg
jpg
jpg