Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhid leytenant Elməddin Niyaməddin oğlu Qəhrəmanovun doğum günü müqəddəs məzarı önündə qeyd olundu.

26 yanvar 2025-ci il tarixdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhid leytenant Elməddin Niyaməddin oğlu Qəhrəmanovun doğum günü, doğulub boya-başa çatdığı Qıvraq qəsəbəsində, müqəddəs məzarı önündə qeyd olundu.Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid anaları və şəhid ataları, polislər, qəsəbə sakinləri iştirak etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Əvvəlcə Dini icmanın üzvü tərəfindən Qurani-Kərimdən ayələr oxunub.
Sonra Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək demişdir: Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan xalqının əsas taleyüklü məsələsi 2020-ci ildə həll olundu. 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək böyük bir zəfər tarixi yazdı, Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. 44 günlük Vətən Mühribəsinin hər günü tarix yazılıb, biz haqq yolunda apardığımız mübarizədə qalib gəldik. Bu qələbə sevincini bizə yaşadan müzəffər Ali Baş Komandanımız, şəhidlərimiz, qazilərimiz, ordumuz oldu.
Daha sonra Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva və Ali Məclisin deputatı Xəzəngül Orucova çıxış etmişlər.
Sonda şəhidin müqəddəs məzarı ziyarət olunaraq üzərinə tər qərənfillər düzülmüş və şəhid yaxınları ilə xatirə fotoları çəkdirilmişdir.
jpg
jpg