Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda tədbir keçirilib

2023-cü il 29 noyabr tarixində Naxçıvan Muxtar Respublkasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda Kəngərli rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbiri Kəngərli Rayon İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ağa Seyidov açaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Eltun Həziyev bildirib ki, ölkəmizin əmək qanunvericiliyində yaşı 18-dən aşağı olan işçilərə bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulub. Bu təminatlar həmin şəxslərin əmək vərdişləri, əmək stajının az olması, fizioloji vəziyyəti ilə bağlı amillərin olması ilə əlaqədardır. Vurğulanıb ki, ölkəmizdə sosial və hüquqi sahədə aparılan işlər nəticəsində uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimum səviyyəyə endirilib. Uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görülməklə yanaşı, bu istiqamətdə maarifləndirici tədbirlər də xüsusilə əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi, ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün kompleks tədbirlər həyata keçirilir.

Daha sonra Naxçıvan Muxtar Respublkasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi aparatının əməkdaşı Elsun Cahangirli tədbir iştirakçılarına slayd vasitəsilə uşaq əməyindən istifadə hallarının qarşısının alınması, uşaq əməyinin istismarının dünya üzrə regional vəziyyəti, uşaq əməyinin qadağan olunması halları və Azərbaycan Respublikasında uşaq əməyindən istifadənin qarşısının alınması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

Tədbir sahibkarların qarşılıqlı diskussiyası ilə yekunlaşıb.

jpg

jpg