Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

28 noyabr 2023-cü tarixdə "Heydər Əliyev İli" çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Kəngərli Rayon İcra Hakimiyyətinin və Kəngərli rayon Meliorasiya və Su Təsərrüfatı idarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Tədbirdə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kəngərli rayon Meliorasiya və Su Təsərrüfatı idarəsinin rəisi Hafiz Mehdiyev çıxış edərək qeyd edib ki, meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının inkişafında mühüm rolu olmasını ilk gündən böyük uzaqgörənliklə müəyyən edən dahi rəhbər Heydər Əliyev bu sahəyə əsaslı vəsait qoyulmasını ittifaq hökuməti qarşısında bir vəzifə kimi qoymuşdur. Müasir meliorasiya və irriqasiyanın əsas inkişafı ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Kənan Məmmədov vurğulamışdır ki, meliorasiya və su təsərrüfatı sahəsində qazandığımız hər bir uğurun əsasında məhz Ulu Öndərin ideyaları, vaxtilə müəyyən etdiyi strateji təməllər dayanır. Bu böyük dövlət xadiminin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti, Heydər Əliyev fəlsəfəsi, Heydər Əliyev ideologiyası bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir.

Tədbirin sonunda "Əbədiyyətin ilk əsri - Heydər Əliyev 100" adlı sənədli film nümayiş olunmuşdur.

jpg

jpg

jpg

jpg