“Ulu Öndər Heydər Əliyevin ailəsi gənclərimizə örnəkdir” mövzusunda tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Kəngərli rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin ailəsi gənclərimizə örnəkdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Kəngərli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məslələr şöbəsinin baş məsləhətçisi Nabat Bayramova çıxış edərək tədbirin mahiyyətindən və Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli və nəsillərə örnək həyat yolundan geniş şəkildə bəhs edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi əsasında formalaşan ailəsi, milli-mənəvi dəyərlərimizin daşıyıcısı və qoruyucusu olmuşdur. Bu ailə milli mentalitetimizə uyğun şəkildə tərbiyə almış, təhsili, davranışı, elmlərə maraq göstərməsi, Vətənə bağlılığı ilə Azərbaycan xalqının mənəvi və əxlaqi dəyərlərinə söykənmişdir. Bu gün böyük iftixarla söyləyə bilərik ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, örnək ailə modelini Ulu Öndər Heydər Əliyevin ailəsindən nümunə götürür.

Sonra Yeni Azərbaycan Partiyası Yeni Kərki kənd ərazi partiya təşkilatının sədri Vəfa Məmmədova mövzu ətrafında çıxış edib.

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə hazırlanan “Azərbaycana həsr edilən ömür” filmi nümayiş olunub.

jpg

jpg

jpg

jpg

jpg