Şahtaxtı kənd sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Tağıyev Azər Kamil oğlunun ildönümü məzarı önündə qeyd olunub

09 noyabr 2023-cü il tarixdə Kəngərli rayon Şahtaxtı kənd sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Tağıyev Azər Kamil oğlunun ildönümü məzarı önündə qeyd olundu.

Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi, Kəngərli rayon idarə, müəssisə və təşkilatların əməkdaşları, hərbçilər, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Azər Tağıyevin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edərək şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənlərdən qisasının alındığını bildirmiş, şəhid ailələri və qazilərin hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını diqqətə çatdırmışdır.

Mərasimdə şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə ediblər.

jpg

jpg

jpg

jpg

jpg

jpg