Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində Kəngərli rayonunun Xok tam orta məktəbində “Ailə, məktəb və cəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib. Dəyirmi masa ətrafında keçirilən tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Nabat Bayramova, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova, Kəngərli Rayon Təhsil Şöbəsinin əməkdaşı Şəfəq Camallı çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib, şagird-valideyn-müəllim münasibətlərindən danışıblar. Qeyd olunub ki, tədbirin mahiyyəti ailə mühitinin və məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək, məktəb psixoloqlarının işini gücləndirmək və daha səmərəli təşkil etməkdir. Tədbir zamanı vurğulanıb ki, məktəb psixoloqlarının vasitəsilə şagirdlərin davranışlarına təsir edən amilləri daha tez öyrənib qabaqlayıcı tədbirlər görmək mümkündür.