"Şəhidlər unudulmur" mövzusunda tədbir keçirilib

25 yanvar 2024-cü il tarixdə Xok kənd tam orta məktəbində Kəngərli Rayon İcra Hakimiyyətinin, Kəngərli Rayon Təhsil şöbəsinin və Xok kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Şəhidlər unudulmur" mövzusunda tədbir keçirilmişdir.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Daha sonra tədbirdə çıxışlar dinlənilmiş, şagirdlərin ifasında şeirlər səsləndirilmişdir.
Sonda şəhidlərin məzarları ziyarət olunaraq ruhlarına dualar oxundu, əziz xatirələri ehtiramla anıldı.
jpg
jpg
jpg