25 oktyabr 2023-cü il tarixdə Kəngərli rayon Qıvraq qəsəbə sakini ll Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Əsgərov Elçin Yalçın oğlunun ildönümündə xatirəsinə inşa olunmuş bulağın açılış mərasimi keçirildi və Kəngərli rayon Xok kənd sakini ll Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış İsgəndərov Niyaməddin Qulu oğlunun ildönümü məzarı önündə qeyd olundu.
Əvvəlcə mərasim iştirakçıları tərəfindən şəhid Əsgərov Elçin Yalçın oğlunun məzarı ziyarət edildi, məzarına gül dəstələri düzüldü, ruhuna dualar oxundu, sonra isə şəhidin xatirəsinə inşa olunan bulağın açılış mərasimi keçirildi.
Daha sonra İsgəndərov Niyaməddin Qulu oğlunun ildönümü məzarı önündə qeyd olundu. Açılış mərasimində və ildönümündə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi, Kəngərli rayon idarə, müəssisə və təşkilatların əməkdaşları, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirdi ki, 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu, vətənimizin ərazi bütövlüyü bərpa olundu, üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalanır, bütün bunlara görə qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərmizə minnətdarıq!