Şəhid Möhsümov Elmar Rövşən oğlunun ildönümü məzarı önündə qeyd olunub

21 noyabr 2023-cü il tarixdə Kəngərli rayon Xok kənd sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Möhsümov Elmar Rövşən oğlunun ildönümü məzarı önündə qeyd olundu.

Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi, Kəngərli rayon idarə, müəssisə və təşkilatların əməkdaşları, hərbçilər, qazilər, kənd sakinləri, şəhid ailələri və şəhidin yaxınları iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirdi ki, Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımız, yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız hər zaman yaddaşlarda yaşayacaqlar. Bu zirvəyə ucalan cəsur, igid əsgərləri, qəhrəman oğulları hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.
Bu gün qürurla və iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunub. Bu, XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əzmini və peşəkarlığını əks etdirən çox mühüm faktdır. Eyni zamanda onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara müvafiq olaraq aparılan strateji kursun real - məntiqi nəticəsidir.

jpg

jpg

jpg

jpg

jpg

jpg

jpg