30 oktyabr 2023-cü il tarixdə Kəngərli rayon Şahtaxtı kənd sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Məmmədov Zaman Habil oğlunun ildönümü məzarı önündə qeyd olundu.
Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi, Kəngərli rayon idarə, müəssisə və təşkilatların əməkdaşları, hərbçilər, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev çıxış edərək bildirdi ki, bütün istiqamətlərdə qazanılan uğurların, əldə olunan nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 20 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.