Şəhid Əliyev İbrahim Mustafa oğlunun doğum günü məzarı önündə qeyd olunub

17 fevral 2024-cü il tarixdə Kəngərli rayon Qabıllı kənd sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Əliyev İbrahim Mustafa oğlunun doğum günü məzarı önündə qeyd olundu.
Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov və aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, Kəngərli rayon idarə, müəssisə və təşkilatların əməkdaşları, qazilər, hərbçilər, kənd sakinləri, şəhidin yaxınları, şəhid ailələri iştirak ediblər.
İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Mərasimdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirdi ki, Ordumuz döyüş meydanında göstərdi ki, biz nəyə qadirik. Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmamışdır. Bizim gənclərimiz Vətən uğrunda, torpaq uğrunda, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər. Zəfərlə bаşа çаtаn İkinci Qаrаbаğ Mühаribəsindəki qələbəmiz şəhidlərimizin qаnı, tоrpаq uğrundа öz vətəndаşlıq bоrclаrını yerinə yetirən qаzilərimizin və bütün hərbçilərimizin аdı ilə bаğlıdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Kamal Ələkbərov 7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkilərinin Zəfər seçkisi olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl edərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.
jpg
jpg
jpg