2023-cü il 21 sentyabr tarixində Kəngərli Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Şahtaxtı kəndində “Qız övladlarımızı gələcəyin Azərbaycan qadını kimi böyüdək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində, həmçinin lokal antiterror əməliyyatı zamanı həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Kəngərli Rayon İcra Hakimiyyəti aparatının İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Səbinə Həsənova tədbiri giriş sözü ilə açaraq, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış edərək qeyd edib ki, “Azərbaycanın ailə modeli, ailə institutu ölkənin ən böyük mənəvi dəyərlərindən biridir və Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı ailə modellərindən biridir. Vurğulanıb ki, ölkəmizdə ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, qadın və uşaqlar üçün əlverişli şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil, sosial və digər sahələrdə gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görülməsi ölkədə həyata keçirilən uğurlu ailə, qadın və uşaq siyasətinin göstəricisidir.
Tədbirdə Aparatın Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zernigar Orucəliyeva mövzu ətrafında slayd vasitəsilə çıxış etmişdir.
Sonda tədbir iştirakçıları arasında yazılı sorğu keçirilmiş, müxtəlif mövzularda hazırlanmış broşürler paylanmışdır.