Qıvraq qəsəbə sakinləri şəhid Əhmədov Elbrus Səmrəddin oğlunun, şəhid Musayev Sədi Süleyman oğlunun və Böyükdüz kənd sakini şəhid Yüzbaşıyev İsmayıl Fəzail oğlunun ailələri ziyarət olunub

07 noyabr 2023-cü il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları tərəfindən Qıvraq qəsəbə sakinləri şəhid Əhmədov Elbrus Səmrəddin oğlunun, şəhid Musayev Sədi Süleyman oğlunun və Böyükdüz kənd sakini şəhid Yüzbaşıyev İsmayıl Fəzail oğlunun ailələri ziyarət olundu, şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıldı. Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq guşələrinə baxış keçirildi.

Ziyarət zamanı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən Müharibəsində şəhid olanlara Allahdan rəhmət dilədi, belə qəhrəman övladlar yetişdirdikləri üçün ailələrinə minnətdarlığını bildirərək qazanılmış zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacaqlarını bildirdi.

Şəhidlərin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

jpg

jpg

jpg

jpg

jpg