“Qadınlar – mental dəyərlər konseptinə çərçivələnmiş stereotip daşıyıcılarıdır” mövzusunda tədbir keçirilib

2024-cü il 24 yanvar tarixdə Qarabağlar kəndində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qadınlar – mental dəyərlər konseptinə çərçivələnmiş stereotip daşıyıcılarıdır” mövzusunda tədbir keçirilib.
Tədbir Ümummilli lider Heydər Əliyevin, Akademik Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həvva Əsədova tədbiri giriş sözü ilə açaraq, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək qeyd edib ki, cəmiyyətimizdə qadın adının uca tutulması Azərbaycan xalqının ən yüksək, ali və mənəvi keyfiyətlərindəndir. Təsadüfi deyil ki, zəngin tarixi irsimizdə qadın surətləri öz məziyyətləri ilə bəşəri ideallara xidmət edir, xalqımızın milli –mənəvi dünyasının nə qədər zəngin olduğunu göstərir. Hər bir xalqın özünəməxsus mental dəyərləri var və bu dəyərlər nəsildən-nəslə ötürülərək yaşadılmalıdır. Qeyd edilib ki, cəmiyyətimizdə ağıllı və savadlı qadınlara üstünlük verilir, çünki belə olan halda qadın daha da inkişaf etməyə, uğur qazanmağa can atır. Bəşər sivilizasiyanının inkişafında və bugünkü müasir səviyyəyə çatmasında kişilərlə bərabər qadınların da əvəzsiz rolu və xidmətləri olmuşdur.
Sonra "Azərbaycan qadını - keçmişimiz və bu günümüz" adlı videoçarxa baxış olub.
Diskussiya xarakterli keçən tədbirdə iştirakçıların fikirləri dinlənilib.
jpg
jpg
jpg