Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin tarix müəllimi İlkin Əhmədov:
Qarabağ Azərbaycanın sağalmaz yarasıdır deyən bir çox siyasətçilər bu münaqişənin həllini mümkünsüz hesab edirdilər. Amma xalqımız dəfələrlə düşmüş olduğu ağır vəziyyətlərdən çıxmaq üçün, vətən uğrunda hər an ölümə hazır olan gənclik və nadir sərkərdələr yetişdirməyi bacarmışdır.
Bu sərkərdələrin sonuncusu Nadir Şah Əfşardan sonra itirilmiş tarixi torpaqlarımızı 44 günlük Vətən Müharibəsində geri almağı bacaran Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev oldu.
Bəli bu bir reallıqdır ki, Azərbaycan uzun müddətdir öz tarixi torpaqlarından uzaq düşmüş bir vəziyyətdə idi. Prezident İlham Əliyevin Forumdakı çıxışında bildirdiyi kimi, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır:
“Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin təəssüflər olsun ki, bu mümkün olmadı".
Ali Baş Komandanın bu fikrinə bir şəhid qardaşı kimi qatılıram, amma vətənini sevən bir vətəndaş kimi torpaqlarımızın dəmir yumruq siyasəti ilə geri qaytarılmasını tarixi ədalət kimi görür və bu tapşırığı uğurla yerinə yetirən Müzəffər Ali Baş Komandanımızla fəxr edirəm.
Bu gün qalib lider Prezident İlham Əliyevin irəli sürdüyü bütün şərtlər qəbul edilir. Ermənilər anlamalıdılar ki, artıq Azərbaycan bütün gedişlərini kökündən dəyişib və sülh onların yeganə çıxış yoludur. Eyni zamanda Ermənistan bunuda yaxşı bilməlidir ki, Azərbaycan artıq 90-cı illərin əvvəlindəki Azərbaycan deyil. O bölgədə baş verən istənilən hadisəyə diqqət yetirir, hər şeyə nəzarət edir. İndi diqtə edən ölkə Azərbaycandır və bölgədə yenidən erməni faşizminin baş qaldırmasına heç vaxt imkan verməz. Bu naliyyətlər isə Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplomatik siyasətinin reallığıdır.