Ölkə miqyasında həm COP29, həm də “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Bu istiqamətdə görülən işlərin davamı olaraq 18-28 oktyabr tarixlərində Azərbaycanın 85 şəhər və rayon icra hakimiyyəti tərəfindən “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında keçiriləcək ağacəkmə aksiyası davam etdirilir.
Oktyabrın 26-da Kəngərli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan-Sədərək magistral yolunun Xok kəndindən keçən hissəsində 5 hektarlıq badam bağında ağacəkmə aksiyası keçirilib. Aksiyanın doqquzuncu günündə rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak etmişlər.
Bugünkü ağacəkmədə 1000 ədəd badam tingləri əkilmişdir. Əkilən tinglərə qulluq göstərilmiş və suvarılmışdır.
Ağacəkmə aksiyası növbəti günlərdə də davam etdiriləcəkdir.