Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Ölkə miqyasında həm COP29, həm də “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Bu istiqamətdə görülən işlərin davamı olaraq 18-28 oktyabr tarixlərində Azərbaycanın 85 şəhər və rayon icra hakimiyyəti tərəfindən “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında keçiriləcək ağacəkmə aksiyası davam etdirilir.
Oktyabrın 22-də Kəngərli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan-Sədərək magistral yolunun Böyükdüz, Yeni Kərki və Xok kəndlərindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib. Aksiyanın beşinci günündə rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak etmişlər.
Bugünkü ağacəkmədə 1930 ədəd tut, meşə və qarışıq meyvə tingləri əkilmişdir. Əkilən tinglərə qulluq göstərilmiş və suvarılmışdır.
10 gün davam edəcək ağacəkmə aksiyasında 10200 ədəd tingin əkilməsi nəzərdə tutulmuşdur.
jpg
jpg
jpg
jpg
jpg