"Payız-qış mövsümü dövründə yanğın, partlayış, dəm qazından zəhərlənmə və digər xoşagəlməz hadisələrin qarşısının alınması ilə bağlı görüləcək qabaqlayıcı tədbirlər" mövzusunda seminar-müşavirə keçirilib

01 dekabr 2023-cü il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə rayon İcra Hakimiyyətində "Payız-qış mövsümü dövründə yanğın, partlayış, dəm qazından zəhərlənmə və digər xoşagəlməz hadisələrin qarşısının alınması ilə bağlı görüləcək qabaqlayıcı tədbirlər" mövzusunda seminar-müşavirə keçirilmişdir.

Tədbirin keçirilməsində məqsəd Kəngərli rayonunun qəsəbə və kənd yaşayış məntəqələrində 2023-2024-cü illərin payız-qış mövsümü dövründə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın, partlayış və dəm qazından zəhərlənmə hadisələrinin baş verməsinin qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı olmuşdur.

Tədbirdə çıxışlar dinlənilmiş, iştirakçılara "Qaz cihazlarından istifadə qaydaları" ilə bağlı videoçarx və slaydlar təqdim edilmiş, eləcə də dəm qazı ilə bağlı təbliğat vasitələri bukletlər paylanılmışdır.

jpg

jpg

jpg

jpg

jpg

jpg

jpg