Novruz bayramı münasibətilə tədbir keçirilib

Martın 19-da Kəngərli Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramına həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbirin aparıcıları tərəfindən qeyd olunub ki, ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən, bizi dünyaya məğrur millət olaraq tanıdan Şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir. Ulu Öndərimiz deyirdi:“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bu vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Bayram tədbirində el ağsaqqalı Dədə Qorqud qədim el bayramı münasibətilə xalqımıza xeyir-duasını, xoş arzularını bildirmişdir. Keçəl, Kosa və Bahar qızı şənliyə gələn qonaqları salamlayaraq, şən söhbətləri ilə bayram əhval-ruhiyyəsi bəxş etmiş, "Kəngər" instrumental ansamblı tərəfindən musiqi nömrələri səsləndirilmişdir.
jpg
jpg
jpg
jpg