Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Fevralın 15-də Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı rayon İcra Hakimiyyətinin və Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə Kəngərli Rayon Mədəniyyət Sarayında tədbir keçirilib.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək Naxçıvan Muxtar Respublikasının 100 illiyinin Azərbaycanın bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qeyd olunmasını böyük xoşbəxtlik kimi dəyərləndirib. Kamal Ələkbərov Prezident İlham Əliyevi Azərbaycan Respublikası Prezidentinin seçkilərində qazandığı möhtəşəm qələbəsi, eyni zamanda keçirilən andiçmə mərasimi, qalib dövlətimizə rəhbərliyinin davamı münasibətilə təbrik edib, ali dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
İcra başçısı Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətini diqqətə çatdırmışdır. Vurğulanıb ki, Naxçıvanda müasir idarəetmə modelinin tətbiqi, aparılan institusional islahatlar, nəqliyyat imkanlarının genişləndirilməsi, Azərbaycanda ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublikanın yaşıl enerji zonası elan olunması, bütün bunların yekunu olaraq isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyub.
Qıvraq qəsəbə tam orta məktəbinin tarix müəllimi İlkin Əhmədov çıxış edərək Naxçıvan Muxtar Respublikasının zəngin tarixi keçmişindən bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan videoçarx və "Ulu Torpaq-Ulu Öndər" filmi nümayiş olunub.
Tədbir Qıvraq qəsəbə və Çalxanqala kənd Uşaq Musiqi Məktəblərinin hazırladığı konsert proqramı ilə davam etmişdir.
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg