31 yanvar 2025-ci il tarixində saat 10:00-da Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev tərəfindən Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Kəngərli rayon sakinlərinin qəbulu keçiriləcək.
Qəbula gələn vətəndaşlar 30 yanvar 2025-ci il tarixində saat 10:00-dan etibarən Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında qeydiyyatdan keçə bilərlər.