"Müzəffər ordu, Qalib xalq" mövzusunda tədbir keçirilib.

İyunun 25-də Xok kənd tam orta məktəbində Kəngərli rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə "Müzəffər ordu, Qalib xalq" mövzusunda tədbir keçirilib.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı İmran Məmmədov və qazi Fərdi Cəlilov çıxışları zamanı qeyd ediblər ki, Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır.
Sonda qazilərə Kəngərli rayon Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamə təqdim olunmuşdur.
jpg
jpg
jpg
jpg
jpg