21 fevral 2024 -cü il tarixdə Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin idman zalında Şəhidlərin əziz xatirəsinə həsr olunmuş stolüstü tennis idman növü üzrə ümumtəhsil məktəblərinin şagirdləri arasında rayon açıq birinciliyi keçirilmişdir. Birincilikdə 24 şagird iştirak etmişdir. Yarış Kəngərli Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin,Təhsil şöbəsinin və Uşaq Gənclər İdman məktəbinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Yarışa şəhid valideynləri də dəvət edilmişdir. Əvvəlcə şəhid valideynlərinin ürək sözləri dinlənilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın nəticəsinə əsasən oğlanlar arasında Mehdiyev Mahir I, Əlişzadə Sinan II, Novruzov Sinan III, qızlar arasında isə Sadiqova Səkinə I, Musayeva Mahnur II, Məmmədova Nigar III yerə layiq görülüb.
Yarışın sonunda qaliblərə diplom və medallar verilib, şəhid valideynlərinə təşəkkürnamələr təqdim edilib. Daha sonra iştirakçılar və şəhid valideynlər ilə xatirə şəkli çəkilib, onlar üçün çay süfrəsi təşkil olunub.