“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 6-7 dekabr 2023-cü il tarixlərini əhatə edən konfransda Kəngərli Rayon İcra Hakimiyyətini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kənan Məmmədov təmsil etmişdir.

Konfransda məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırılmaqla tətbiq olunması, məişət zorakılığının qarşısının alınması, qurbanların müdafiəsi, bu istiqamətdə səmərəli cavab mexanizmlərinin yaradılması ilə bağlı qanunvericiliyin və icra mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

jpg

jpg

jpg

jpg