Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

25 yanvar 2024-cü il tarixində Kəngərli Rayon Böyükdüz Kənd Mədəniyyət Evi və Böyükdüz Kənd Kitabxana Filialının birgə təşkilatçılığı ilə Böyükdüz kənd tam orta məktəbində müəllim və şagird kollektivlərinin iştirakı ilə Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubleyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.Tədbiri Böyükdüz kənd Mədəniyyət evinin direktoru İlkanə Şahsuvarova açmışdır.Daha sonra Böyükdüz kənd tam orta məktəbinin Ana dili və Ədəbiyyat müəllimi Əfsanə Babayeva, tarix müəllimi Aynur Maqsudova, Böyükdüz Kənd Kitabxana Filialının müdiri Əfsanə Nağıyeva mövzu ilə bağlı çıxışlar etmişdirlər.
Sonda məktəbli şagirdlərin ifasında Azərbaycan, Üçrəngli Bayraq mövzusunda şeirlər bədii qiraət edilmişdir.
jpg
jpg
jpg