Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Kəngərli rayonunda Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Kəngərli Rayon İcra Hakimiyyəti başçısı aparatının, idarə, müəssisə və təşkilatların əməkdaşları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Əkin üçün nəzərdə tutulan ərazidə əvvəlcədən təmizlik işləri aparılaraq hazır vəziyyətə gətirilmişdir.
15 mart 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” ilə bağlı təşkil edilən bu aksiya zamanı 1 hektar sahədə 700 ədəd badam tingləri əkilmiş, əkilmiş tinglərə aqrotexniki qulluq göstərilmiş, suvarılmış və gövdə hissələri ağardılmışdır.