Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən bağçılıq və üzümçülük sahəsində mövcud imkanlar, problemlər və perspektivlər mövzusunda sahəvi görüş keçirilmişdir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən bağçılıq və üzümçülük sahəsində mövcud imkanlar, problemlər və perspektivlər mövzusunda sahəvi görüş keçirilmişdir
 
Bu məqsədlə 16 yanvar 2024-cü il tarixdə Kəngərli rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə KOBİA-nın, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirliyinin, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı nazirliyinin, Kəngərli rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun, Bank Respublika Naxçıvan filialının və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.
 
Görüşdə ümumi aqrobiznes sahəsində mövcud investisiya imkanları haqqında məlumat verilib, həmçinin sahibkarlıq subyektlərinin təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
jpg
jpg
jpg