Kəngərlidə şəhidlərin xatirəsinə bulaq-abidə ucaldılıb

07 sentyabr 2023-cü il tarixdə Qabıllı kəndinin Vətən müharibəsi şəhidləri Qasımov Həmid Oruc oğlunun, İbrahimov Qurban Namiq oğlunun, Əliyev İbrahim Mustafa oğlunun nurlu xatirəsinin əbədiləşdirildiyi bulaq-abidənin açılış mərasimi keçirilmişdir.
Ümummilli Liderimiz Heydər Əliyevin, Vətənimizin azadlığı, suverenliyi, torpaqlarımızın bütövlüyü və toxunulmazlığı yolunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fərid Bağırzadə, şəhidlərin valideynləri, Vətən müharibəsi qaziləri və kənd sakinləri iştirak ediblər.

Çıxış edənlər Kəngərli yurdunun vətənpərvər övladlarının Vətən müharibəsində xüsusilə fərqləndilərini diqqətə çatdırıb, şəhidlərin döyüş yolundan, onların göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətlərindən söhbət açıb, şəhidlərin vətənpərvər ruhda böyümələrində ailə və məktəbin böyük rolundan danışıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiklərinə görə baş leytenant Qasımov Həmid Oruc oğlu, Xüsusi Təyinatlı Qüvvələrin baş çavuşu İbrahimov Qurban Namiq oğlu və leytenant Əliyev İbrahim Mustafa oğlu Prezident İlham Əliyevin Sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.

Sonda Qabıllı kənd tam orta məktəbi şagirdlərinin ifasında Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilmişdir.

 1

1     

1

1 

2

2