Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Qıvraq qəsəbəsində növbəti səyyar qəbulu keçirmişdir. İcra Hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Qıvraq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və bələdiyyə sədrinin iştirakı ilə keçirilən qəbulda kənd sakinlərinin müraciət və təklifləri dinlənilmişdir.
Səyyar qəbulu giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamından, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli Sərəncamından, rayonumuzun yaradılmasının 20 illik yubileyindən, COP-29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsindən, rayonda aparılan abadlıq-quruculuq işlərindən, qəsəbə mərkəzində tikintisinə icazə verilmiş sahibkarlıq obyektləri haqqında vətəndaşlara məlumat vermiş, qarşıdan gələn Novruz bayramı münasibətilə qəsəbə sakinlərini təbrik etmişdir.
Rayonun sosial - iqtisadi inkişafı istiqamətində aparılan işlərdən danışan icra başçısı vurğuladı ki, sakinlərin suya olan ehtiyacını ödəmək üçün rayon ərazisində içməli su xətləri çəkilmiş, aparılan tikinti-quruculuq işləri sayəsində işə ehtiyacı olan aztəminatlı ailələr işlə təmin olunmuşdur. Həmçinin məşğulluq xətti vasitəsilə 100-dən çox vətəndaş ictimai işlə təmin olunmuşdur.
Sonda vətəndaşlar müraciətlərinə baxılması üçün yaradılan şəraitə görə razılıqlarını ifadə edərək Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.