Kəngərli rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası davam edir.

Oktyabrın 27-də, 2024 cü il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Kəngərli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan-Sədərək magistral yolunun Böyükdüz, Yeni Kərki və Xok kəndlərindən keçən hissəsində yerləşən yolkənarı bağlarda və yaşıllıq zolaqlarında ağacəkmə aksiyası keçirilib. Aksiyanın onuncu günündə rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak etmişlər.
Bugünkü ağacəkmədə 400 ədəd badam, alma və meşə tingləri əkilmişdir. Əkilən tinglərə qulluq göstərilmiş və suvarılmışdır.
jpg
jpg
jpg