Kəngərli rayonunda seminar-müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Kəngərli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə taxıl biçini və tədarükü dövründə taxın və əkin otlaq sahələrində, eləcə də yaşıllıq ərazilərdə baş verə biləcək yanğınların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində görüləcək işlər və qarşıda duran vəzifələrlə əlaqədar seminar-müşavirə keçirilmişdir.
Seminar-müşavirədə Kəngərli rayon icra nümayəndələri, bələdiyyələr, torpaq mülkiyyətçiləri və sahibkarlar, həmçinin “Naxçıvan Aqroservis” ASC-nin Kəngərli rayon bazasının nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəşad Həsənzadə açaraq tədbirin mahiyyətindən bəhs edib. Qeyd edib ki, seminar-müşavirənin keçirilməsində məqsəd taxıl zəmilərində, əkin-otlaq sahələrində, eləcə də yaşıllıq ərazilərdə baş verə biləcək yanğınların qarşısının alınması və bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsidir.
Daha sonra tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilib, slayd və videoçarx nümayiş olunmuşdur. Həmçinin iştirakçılara tövsiyə xarakterli yaddaş vərəqələri təqdim edilmişdir.
 
jpg