Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları tərəfindən Qabıllı kənd sakinləri İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhid Qasımov Həmid Oruc oğlunun, şəhid Əliyev İbrahim Mustafa oğlunun və şəhid İbrahimov Qurban Namiq oğlunun ailələri ziyarət olundu, şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıldı. Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq guşələrinə baxış keçirildi.