Tərtib olunmuş qrafikə uyğun olaraq rayonun qəsəbə və kəndlərində maarifləndirmə tədbirləri Azərbaycan Respublikası Aqrar Subsidiya Şurasının yeni qərarları barədə istehsalçıların məlumatlandırılması məqsədilə təşkil olunur.
27 fevral 2025-ci il tarixdə Yurdçu kəndində maarifləndirmə tədbiri keçirilib. Tədbiri Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Vəli Səfərov açaraq tədbirin məqsədi və əhəmiyyəti haqqında məlumat verib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları və Aqrar Sığorta Fondunun Naxçıvan filialının direktoru mövzu ilə bağlı geniş çıxış ediblər.
Sonda təsərrüfatçıları maraqlandıran suallar cavablandırılıb.