Kəngərli rayonunda ağacəkmə aksiyası davam etdirilir.

Oktyabrın 21-də, 2024 cü il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Kəngərli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan-Sədərək magistral yolunun Böyükdüz, Yeni Kərki, Xok və Qabıllı kəndlərindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib. Aksiyanın dördüncü günündə rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak etmişlər.
Bugünkü ağacəkmədə 1510 ədəd meyvə və meşə tingləri əkilmişdir. Əkilən tinglərə qulluq göstərilmiş və suvarılmışdır.
10 gün davam edəcək ağacəkmə aksiyasında 10200 ədəd tingin əkilməsi nəzərdə tutulmuşdur.
jpg
jpg
jpg