Kəngərli rayonunda 2024 cü il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Oktyabrın 18-də, 2024 cü il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Kəngərli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan-Sədərək magistral yolunun Böyükdüz və Yeni Kərki kəndindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib. Aksiyanın İlk günündə rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak etmişlər.
Bugünkü ağacəkmədə 1000 ədəd tut tingi əkilmişdir. Əkilən tinglərə qulluq göstərilmiş və suvarılmışdır.
10 gün davam edəcək ağacəkmə aksiyasında 10200 tingin əkilməsi nəzərdə tutulmuşdur.
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg