Kəngərli rayonunda 2024 cü il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası davam etdirilir.

Oktyabrın 20-də, 2024 cü il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Kəngərli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan-Sədərək magistral yolunun Yeni Kərki və Xok kəndindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib. Aksiyanın üçüncü günündə rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak etmişlər.
Bugünkü ağacəkmədə 550 ədəd badam tingləri əkilmişdir. Əkilən tinglərə qulluq göstərilmiş və suvarılmışdır.
10 gün davam edəcək ağacəkmə aksiyasında 10200 ədəd tingin əkilməsi nəzərdə tutulmuşdur.
jpg
jpg
jpg