Kəngərli rayonunda 2024 cü il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası davam edir.

Oktyabrın 25-də, 2024 cü il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Kəngərli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan-Sədərək magistral yolunun Qıvraq qəsəbəsi və Qabıllı kəndindən keçən hissəsində yerləşən yolkənarı bağlarda və yaşıllıq zolaqlarında ağacəkmə aksiyası keçirilib. Aksiyanın səkkizinci günündə rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak etmişlər.
Bugünkü ağacəkmədə 500 ədəd qarışıq meyvə və meşə tingləri əkilmişdir. Əkilən tinglərə qulluq göstərilmiş və suvarılmışdır.
jpg
jpg