24 iyun 2024-cü il tarixdə Şahtaxtı kəndində keçirilən səyyar qəbulu giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İcra Hakimiyyətlərinə tövsiyə və tapşırıqlarından biridə vətəndaşlarla görüşlərin keçirilməsidir. 2024-cü ildə keçiriləcək səyyar qəbulların qrafikinə uyğun olaraq növbəti qəbul bugün Şahtaxtı kəndində keçirilir. Səyyar qəbulların keçirilməsinin əsas məqsədi vətəndaşları qəbul edərək şikayətlərini dinləmək və həlli istiqamətində aidiyyəti tədbirlər görməkdir.