14 dekabr 2023-cü il tarixdə Kəngərli rayon Qıvraq qəsəbə sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Qədimov Güloğlan Nurəddin oğlunun ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov və aparatın əməkdaşları Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, Kəngərli rayon idarə, müəssisə və təşkilatların əməkdaşları, qazilər, hərbçilər, kənd sakinləri, şəhidin yaxınları, şəhid ailələri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbədən söz açıb, döyüşlərdə mərdliklə iştirak edən vətən oğullarının böyük şücaət və qəhrəmanlıqlarından danışıb.
Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı və dövlətimiz tərəfindən daim ehtiramla yad edilir.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişdir.